Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətini tərk ediblər, Luqanskda itki veriblər

Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətini tərk ediblər, Luqanskda itki veriblər

Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edilib ki, Rusiya hərbçiləri texnikanı atıb gediblər.

Eyni zamanda Ukrayna hərbçiləri Luqansk istiqamətində bir neçə uğurlu əks-hücum həyata keçiriblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Əks-hücum zamanı Rusiya ordusunun 40-a yaxın şəxsi həlak olub, 8 zirehli döyüş maşını, “Ural” yük maşını, yolsuzluq avtomobili və artilleriya sistemləri (sayı dəqiqləşdirilir) sıradan çıxarılıb”, – deyə məlumatda qeyd olunub.