Rusiya ordusunun Ukraynada vurulan təyyarələrinin sayı artmaqdadır

Rusiya ordusunun Ukraynada vurulan təyyarələrinin sayı artmaqdadır

Bazar ertəsi, martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib.

NOCOMMENT-in məlumatına görə, bu barədə RBK-Ukraine Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadən xəbər verib.

“Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam edir”, – deyə məlumatda bildirilib.