Rusiya-Ukrayna müharibəsində ölən jurnalistlərin sayı açıqlandı

Rusiya-Ukrayna müharibəsində ölən jurnalistlərin sayı açıqlandı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölən jurnalistlərin sayı açıqlanıb.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Məlumata görə, müharibə dövründə 3-ü qadın olmaqla 18 jurnalist ölüb.

Bundan başqa, 4-ü kişi, 4-ü isə qadın olmaqla 8 media işçisi oğurlanıb. Bundan əlavə, 13 KİV nümayəndəsi yaralanıb, 3-ü isə itkin düşüb.