Rusiyada bu ərzaqlar yoxa çıxdı

Rusiyada bu ərzaqlar yoxa çıxdı

Rusiyanın Volqoqrad şəhərində ərzaq mağazalarında bəzi ərzaqlar tapılmır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Volqoqrad şəhərində yaşayan soydaşlarımız məlumat verib.

“Təxminən 10-11 gündür ki, ərzaq mağazalarında toyuq əti, yumurta və bəzi şirniyyat məhsulları tapılmır. Əvvəlcə toyuq ətinin qiymətini 332 rubldan 348 rubla qaldırdılar. Sonra toyuq almağa limit qoydular. 5 kiloqramdan artıq toyuq almağa icazə yox idi. İndi də ümumiyyətlə toyuq əti tapılmır. Bununla bağlı satıcılara, yaxud da administratorlara şikayət etdikdə deyirlər ki, yoxdur. Yaxın zamanda olub-olacağı da bilinmir”, – məlumatda bildirilib.
axar.az