Rusiyada xarici valyutanın satışına qoyulan məhdudiyyət tam qadağa ilə əvəzlənib.
NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a Rusiyada yaşayan soydaşlarımız məlumat veriblər.
Bildirilib ki, bu günə qədər bəzi banklara zəruri halda məhdud dollar satışına icazə verilirdi, ancaq bu gündən dollar satışı tamamilə qadağan edilib.
Qeyd edək ki, Moskva birjasında bu gün üçün dolların məzənnəsinin 84, avronun isə 93 rubla düşdüyü elan olunub.












