Rusiyanın hərbi aerodromuna hücum: ölənlər və yaralananlar var

Rusiyanın hərbi aerodromuna hücum: ölənlər və yaralananlar var

Rusiyanın Saratov vilayətində Engels hərbi aerodromunda 3 hərbçi ölüb, 4 -ü yaralanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib.

Rusiya KİV-in məlumatına əsasən, RF-nin Hava Hücumundan müdafiə vasitələri Saratov vilayətində Ukraynanın aşağı hündürlükdə uçan PUA-sı Engels hərbi aerodromunda vurulan zaman düşən qırıntıların dəyməsi nəticəsində 3 hərbçi ölüb.

Xatırladaq ki, bu il dekabrın 5-də də bu aerodroma Ukrayna PUA ilə hücum etmişdi.