Sülhməramlılar Fərrux istiqamətinə toplanırlar

Sülhməramlılar Fərrux istiqamətinə toplanırlar

Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu haqda xəbəri Azadlıq Radiosunun erməni xidməti yayıb. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin teleqram kanalına istinadən yayılan xəbərə görə, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir.

Sayt iddia edir ki, bugünlərdə çəkiliş qrupu Fərrux kəndinin yaxınlığındakı Pirlər kəndində olub. Lakin “yerli polis” çəkilişi qadağan edib. Xəbərdə qeyd olunur ki, kənddə vəziyyət gərgin imiş. Kənd sakinlərinin sözlərinə görə, Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər”.

Bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb. Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə təxliyə olunublar.