Ukrayna MN müharibədə Rusiyanın itkilərini yeniləyib

Ukrayna MN müharibədə Rusiyanın itkilərini yeniləyib

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 18 600-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 684 ədəd tankı, 1 861 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 107 ədəd reaktiv yaylım atəş sistemi, 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 135 ədəd helikopteri, 1 324 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 94 ədəd dronu, 25 ədəd xüsusi texnikası4 operativ-taktiki raket kompleksi məhv edilib.