Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki veriblər.
Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv ediliblər”, – deyə Ukrayna Silahlı Qüvvələrinin məlumatında vurğulanıb.












