Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə Baş nazirin müavini Olqa Stefanişinanın həyat yoldaşı ölkənin Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həlak olub.
NOCOMMENT xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk səhifəsində yazıb.
“Mənim sevimli ərim Boqdan martın 30-da Çerniqov ətrafında Rusiya mərmisindən həlak olub. O, insanları xilas etməyə çalışırdı”, – deyə Stefanişina qeyd edib.












