Ukrayna ordusu Rusiya Quru Qoşunlarının polkovnik-leytenantı Dibir Dibirov Maqomadinoviçi məhv edib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Dibirov Çeçenistanın Borza kəndində yerləşən 42-ci qvardiya motoatıcı diviziyasının 291-ci qvardiya motoatıcı alayında xidmət göstərirdi.
Məlumata görə, Dibirov Şərqi Ukraynada öldürülüb.
Donetsk vilayətində yaşayış məntəqələrinə basqın zamanı taborun taktiki qrupunun bir hissəsini məhv edib. BTQ komandiri qərargah rəisi ilə birlikdə özünə məxsus BMP-3-ün atəşə tutulması nəticəsində həlak olub.













