Ukraynada girov götürülən azərbaycanlı tələbə azad olundu

Ukraynada girov götürülən azərbaycanlı tələbə azad olundu

Ukraynada Rusiya hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, martın 17-dən girovluqda qalan Hüseyn bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev Ukraynanın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.