Ukraynanın Çerniqov vilayətinin Kryukov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlər ilə birgə 1 aya yaxındır mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.
NOCOMMENT xəbər verir ki, İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov report-a bildirib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu mühasirədən azad olunub, hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.
Sənədləşmə işləri başa çatdıqdan sonra A.Əliyev Avropa ölkələri vasitəsilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna ərazi özünü müdafiə hissəsi mühasirədən azad edib, təhlükəsizliyini təmin ediblər.













