Ukraynaya qarşı müharibədə təqribən 17 300 rusiyalı hərbçi ölüb.
NOCOMMENT yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, fevralın 24-dən bu günə qədər Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 131 təyyarə, 605 tank, 1723 zirehli döyüş maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə vasitəsi, 1 184 avtomobil texnikası, 7 gəmi/qayıq, 81 pilotsuz uçuş aparatı və s. vurublar.












