Yutub Zaxarovanın brifinq videosunu blokladı

Yutub Zaxarovanın brifinq videosunu blokladı

Yutub Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın brifinq videosunu bloklayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı UNİAN yayıb.

Bildirilib ki, Zaxarovanın 2022-ci il 17 mart tarixli çıxışının videosu bloklanıb. Buna səbəb kimi sözügedən videonun yutub şəbəkəsinin videohostinq siyasətini pozduğu göstərilib.