Zelenski iki generalın rütbəsini əlindən aldı – SƏBƏB

Zelenski iki generalın rütbəsini əlindən aldı – SƏBƏB

Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə keçmiş rəhbəri Sergey Krivoruçko general rütbəsindən məhrum edilib.

NOCOMMENT yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin videomüraciətində deyilib.

“Bu gün antiqəhrəmanlarla bağlı daha bir qərar verildi. İndi bütün satqınlarla məşğul olmağa vaxtım yoxdur. Amma yavaş-yavaş hamısı cəzasını alacaq. Buna görə də Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Naumov Andrey Oleqoviç və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə keçmiş rəhbəri Krivoruçko Sergey Aleksandroviç artıq general deyillər”, – deyə Zelenski söyləyib.