Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər – FOTOLAR

Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər – FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Zelenskinin Livadiya şəhər tipli qəsəbəsində olan mənzilləri də milliləşdirilməli olan əmlaklar siyahısına daxil ediləcək.

Bildirilir ki, burada söhbət Volodimir Zelenskinin həyat yoldaşı Yelena tərəfindən 2013-cü ildə Krım hələ Rusiyanın tərkibinə daxil olmadığı dövrdə Yalta bölgəsində alınan mənzildən gedir. Həmin daşınmaz əmlakın mövcudluğu barədə 2019-cu ildə Ukraynada seçkiqabağı kampaniya zamanı məlum olmuşdu.