Regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir – TƏBİBbackend

Regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir – TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir. 

NOCOMMENT.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, hepatit A xəstəliyi 3-4 ildən bir kiçik alovlanmalar verən xəstəlikdir: “Bizim də işimiz odur ki, bu alovlanmaların qarşısını alaq. Hazırda ölkəmizdə hepatit A virusu ilə bağlı vəziyyət stabildir”.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

“Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir”.

Yaqut Qarayeva deyib ki, Hepatit A virusuna qarşı vaksin var və təhlükəsizdir. O bildirib ki, bu virus iki dəfə vurulur:

“Burada önəmli məsələ odur ki, Azərbaycanda hepatit A virusu peyvənd cədvəlinə daxil deyil. Bu peyvənd ehtiyac olduğu halda vurulur. Məsələn, hansısa vətəndaşımız sanitar-gigiyena baxımdan vəziyyətin yaxşı olmadığı ölkəyə səyahət edərsə və ya iş sahələrindən asılı olaraq vurdura bilər. Həkimlər tərəfindən də vaksin vurudurulması tövsiyə edilir”.