Rəisi hiddətləndi: Bu terror cavabsız qalmayacaqbackend

Rəisi hiddətləndi: Bu terror cavabsız qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına hücum zamanı həlak olanların ailəsinə başsağlığı verib və vurğulayıb ki, “bu terror cavabsız qalmayacaq”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, İran prezidentinin teleqram kanalında dərc olunan bəyanatda deyilir: “Terror aktı nəticəsində ziyarətgahın bir qrup zəvvarının həlak olması ilə əlaqədar olanların ailələrinə və bütün İran xalqına başsağlığı verirəm. Bu terror mütləq cavabsız qalmayacaq. Təhlükəsizlik orqanları hücumun liderlərinə sarsıdıcı və ibrətamiz cavab verəcəklər”.

Qeyd edək ki, İran KİV-i ölkənin cənubunda yerləşən Şiraz şəhərində 3 naməlum şəxsin Şahçıraq ziyarətgahına atəş açması barədə məlumat yayıb. Terror aktı nəticəsində 45 nəfərin öldüyü bildirilir.

Son məlumatlara görə, İranda dini ziyarətgaha hücuma gorə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.