Rəisi imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDIbackend

Rəisi imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb: “Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, – deyə İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.