Rəisinin ölümü regionda nələri DƏYİŞƏCƏK? – Siyasi Analitikbackend

Rəisinin ölümü regionda nələri DƏYİŞƏCƏK? – Siyasi Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu faciəli hadisə idi. Bir dövlətin rəhbəri helikopter qəzasında həyatını itirib. Amma, düşünmürəm region dövlətləri ilə və ya hansısa məsələdə gərginlik yaransın”.

NOCOMMENT.az xəbər verir ki, bunu referans.az-a açıqlamasında siyasi analitik Oqtay Qasımov helikopter qəzasında dünyasını dəyişən İran Prezidenti İbrahim Rəisinin ölümünün regiondakı hadisələrə təsirindən bəhs edərkən deyib:

“Çünki hadisə İranın daxilində baş vermiş, xüsusilə də texniki səbəblə və hava şəraiti ilə bağlı məsələdir. Təbii ki, yeni prezident seçilənə qədər və ondan sonrakı dövrdə müəyyən qədər proseslərin getməsi lazımdır ki, bizim təsəvvürümüz yaransın”.

Oqtay Qasımov bildirib ki, hər halda İranın daxilində bu məsələdən istifadə edərək, bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr də olacaq ki, o da var: “Amma, böyük ölçüdə düşünmürəm ki, hazırda İrana belə vəziyyətdə hansısa gərginlik lazımdır. Bu baxımdan hansısa böyük dəyişiklik olacağını düşünmürəm. Həm də nəzərə almaq lazımdır ki, İranda prezident əsas şəxs deyil. Əsas şəxs ali dini liderdir”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin, dövlət rəsmilərinin olduğu helikopter və ekipaj üzvləri qatı duman səbəbindən qəzaya düşüb həlak olublar.