Rekordlar kitabına düşən Rafael Ağayev nazirin yadına niyə düşmür? – VİDEObackend

Rekordlar kitabına düşən Rafael Ağayev nazirin yadına niyə düşmür? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən hər il nəticə verirəm. RKP-dən sonra “Kombat”a keçmişəm, 5 döyüş udmuşam. 4-cü döyüşümdə müvəqqəti dünya çempionunu udmuşam, 5-ci döyüşüm ameriaklı idmançı ilə olub. Hər şey göz qabağındadır. Artıq dünya çempionu olmuşam. Ancaq bu gün heç bir tədbirdə yoxam”.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri karate üzrə 6 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev bildirib.

Məşhur karateçi Gənclər və İdman Nazirliyindən narazılığını belə ifadə edib:

“İdman Nazirliyindən mənə heç bir dəvət gəlmir. İdmanla bağlı hansısa tədbir olur, orada yoxam. Bu yaxınlarda Xankəndidə “Qarabağ” və MOİK oyunu oldu. Mən heç kimə paxıllıq etmirəm. Sadəcə olaraq, bizə deyilmir. Bunun səbəbini bilmək istəyirəm. Tək məndən söhbət getmir. Olimpiya, dünya çempionlarımız var. Biz demirik ki, ora getmək üçün təyyarə bileti alın, yol pulu verin, yaxud yemək alın. Mən bir vətəndaş kimi orada olmaq istəyirəm. Bizi dəvət etməmələrini səbəbi nədir? Hansı hərəkətə görə bunu edirlər?”

Ətraflı videoda…