Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldıbackend

Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a Xalq artisti özü danışıb. O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVİD-19 səbəbindən təhsil müəssisəsində əyani dərslər dayandırılıb.

Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVİD-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.