Rektor: Professor 6 min manat maaş ala bilərbackend

Rektor: Professor 6 min manat maaş ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universitetdə maaşın həcmi müəllimin rəqabət qabiliyyətindən asılıdır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, UNEC-də yaradılan rəqabət mühiti pedaqoji işçilərin maaşının formalaşmasına birbaşa təsir edir. Belə ki, rəqabət qabiliyyətindən asılı olaraq Azərbaycan Dövlət İqtisad Universitetdə professor 6 045 manat, dosent 4 330 manat, baş müəllim 4 038 manat, müəllim 3 780 manat aylıq maaş ala bilər.