Azərbaycanın ali təhsil müəssisələrində nadir rastlanan hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çəkilən görüntülər sosial şəbəkələrdə viral olub.
Videogörüntülərdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərovun tələbələrlə birgə nahar etdiyi, əyləndiyi öz əksini tapıb.
Sosial şəbəkə iştirakçıları rektorun bu davranışlarını alqışlayıblar.
Həmin görüntüləri təqdim edirik: