Ermənistanın baş naziri Nikol Paşinyan yenidən paylaşımı ilə diqqət cəlb edib.
NOCOMMENT.az xəbər verir ki, baş nazir bu dəfə paytaxt küçələrində sükan arxasına keçərək avtomobilini özü idarə etdiyi görüntüləri paylaşıb.
Kadrlarda Paşinyanın maşında rep musiqisi dinlədiyi və ritmə uyğun jestlər etdiyi əks olunub.
Paşinyan paylaşımına “Gününüz xoş keçsin, hamınızı sevirəm” sözlərini əlavə edib.
Qeyd edək ki, Ermənistan lideri bundan əvvəl də qeyri-rəsmi paylaşımları ilə gündəmə gəlmişdi. O, bir müddət öncə “pirojki”, kartof və sucuk yediyi anların videosunu izləyiciləri ilə bölüşmüşdü. /Musavat.com/










