İranda məhkəmə rep ulduzu Tatalonu (Əmir Hüseyn Məqsudla) küfrdə ittiham edərək edam cəzasına məhkum edib.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti yazıb.
“Cinayət işi yenilənib və bu dəfə təqsirləndirilən şəxs peyğəmbəri təhqir etdiyinə görə edam cəzasına məhkum edildi”, – nəşr yazır.
İranın Ali Məhkəməsi artıq 5 il müddətinə azadlıqdan məhrum edilmiş musiqiçinin cəzasının sərtləşdirilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib.
Qazeta.ru-nun yazdığına görə, hökmdən şikayət verilə bilər.