“Repetitorluqla məşğul olan müəllimlər vergiyə cəlb olunmalıdır”backend

“Repetitorluqla məşğul olan müəllimlər vergiyə cəlb olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Repetitorluqla məşğul olan müəllimlər vergiyə cəlb olunmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlama verən Adil Vəliyev söyləyib.

“Düşünürəm ki, hər hansı bir fənnin hazırlığını keçən müəllim, repetitor məşğuliyyətlə pul qazanırsa mütləq şəkildə dövlətə vergisini verməlidir. Necə ki, məktəblərdə işləyən müəllimlərdən vergi tutulur eləcə də repetitorluqla məşğul olanlarda bu vergiyə cəlb olunmalıdır”.

Ekspert bildirib ki, kişi müəllimlərin bir çoxu repetitorluq fəaliyyəti ilə məşğuldur:

“Repetitorluqla məşğul olan müəllimlərin bir çoxu kişi müəllimlərdir. İlk növbədə məktəblərə kişi müəllimləri necə cəlb etmək, onların əməkhaqqısı, yaşam xərcləri kimi problemləri necə aradan qaldırmaqla bağlı məsələlərə diqqət etməliyik ki, həmin müəllimlər yenidən təhsil müəssisələrinə qayıtsınlar. Əks halda onlar sözsüz ki, ailələrini dolandırmaq üçün fərdi şəkildə repetitorluqla məşğul olacaqlar və haqlıdırlar.

Lakin bu, onların heç də vergidən yayınmasına şərait yaratmamalıdır. Əgər xüsusi ali təhsili olmayan şəxs bir kursda fəaliyyət göstərirsə, bunda bir problem yoxdur, amma fərdi şəkildə hazırlıqla məşğuldursa,artıq bu mövzu kifayət qədər araşdırılmalıdır”.