Rəqəmsallaşmaya dəstək yoxsa maneçilik?backend

Rəqəmsallaşmaya dəstək yoxsa maneçilik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki,1 iyul 2020-ci il tarixdən etibarən ölkədə pensiya və əmək haqqı kartlarına əlavə vəsaitlərin mədaxilinə məhdudiyyətlər tətbiq edilib.

Bununla əlaqədar olaraq Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün sözügedən məsələ ilə bağlı mütəxəssis rəyini təqdim edirik:

“İyulun 1-dən etibarən pensiya və əmək haqqı kartlarına əlavə vəsaitlərin mədaxilinə məhdudiyyət qoyulub. Bu cür xidmətin hər bir kart sahibi tərəfindən fərdi olaraq banka yaxınlaşıb yazılı razılıq verməsindən sonra aktiv olacağı bildirilib.

Düşünürəm ki, Mərkəzi Bankın bu addımı doğru bir yanaşma deyil.

MB bunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xahişi ilə etdiyini bildirib.

Belə qadağa kart sahibləri və ümumiyyətlə biznez mühiti üçün də xoşagəlməz situasiya yaradır. Bu addımla kart sahibi üçün imkanlar xeyli məhdudlaşır, kiminsə hətta nəqd pulu ödəmə terminalları ilə kart sahibinə göndərməsinin qarşısını qalır.

Bu məhdudiyyət nəqdsiz əməliyyatlara, ümumiyyətlə rəqəmsallaşmaya maneçilik yaradır. Kart sahibini oflayn əməliyyatlara sövq edir, vətəndaşlar arasında təması artırır.

Adı çəkilın məhdudiyyət bu tip kart sahiblərinin əlavə gəlirlər qazanmaq, onlayn alış-verişdə iştirak imkanlarını da məhdudlaşdırır.

Belə ki, bu kartlardan istifadə etməklə onun sahibləri və müxtəlif startaplar birgə əməkdaşlıq qura bilərdilər.

Xatırlayıram ki, biz bir müddət öncə müəllimlərin əmək haqqı kartlarından istifadə etməklə onlara təhsil xidmətləri göstərmək imkanı yaratmışdıq.

Son zamanlar dövlət başçısı dəfələrlə ölkədə bütün sahələrdə rəqəmsallaşmanın və həmçinin nəğdsiz əməliyyatların vacibliyinə diqqət yönəldib.

Bank kartları bu sahədə mühüm əhəmiyyət kəsb edir.

Kart əməliyyatlarına nəzarətin elə də problem olmadığını nəzərə alsaq, düşünürəm ki, MB bu məhdudiyyətlə həm kart sahibləri üçün, həm də innovativ ekosistem üçün əlavə problemlər yaratdığının fərqində olacaq və adı çəkilən qərara yenidən baxacaq”.

NOCOMMENT.az