Rəşad Dağlı dindarlardan üzr istədi – VİDEObackend

Rəşad Dağlı dindarlardan üzr istədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “seyidi Kərbəlaya buraxmayın. Xomeyni çöküb qalıb” kimi ifadələr işlətdiyinə görə dindarlardan üzr istəyib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə vasitəsilə etdiyi videomüraciətində bunu qəsdən etmədiyini deyib: “Qafiyənin uyğunsuz olmağından, bir az sözün bədahətən olmağından, tələskənlikdən fikrimi düzgün çatdıra bilməmişəm. Bu da qardaşlar arasında, xüsusən də mömin qardaşlar arasında haqlı narazılığa səbəb olub…

Belə alındığına görə qardaşlara demək istəyirəm ki, bunu bədahətən sözün qüsuru, nöqsanı kimi qəbul edib mənim bu açıqlamamı səmimi üzrxahlıq kimi qəbul edəsiniz”.