Rəşad Dağlının adam öldürməsində İran izi…backend

Rəşad Dağlının adam öldürməsində İran izi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşad meyxanaçılar içərisində İranı, Xameneini, narkotiki açıq hədəf alan tək adam idi. İran da onu zərərsizləşdirdi. Külli miqdarda narkotik satdırdığı, həbsxanada olmayan beynini yuduğu, 15 gün öncə azadlığa çıxan əlaltısı vasitəsilə. Allah Rəşadın qapısını açsın.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Aygün Muradxanlı meyxanaçı Rəşad Dağlının narkotikə görə uzun müddət həbsdə olan və 26 oktyabrda azadlığa çıxan İsgəndər Mehdiyevin bu gün səhər saatlarında qətlə yetirməsi haqda qeyd edib.

“Nəzarəti general Ceyhun Həsənova tapşırılan türmələrdə İranın at oynatdığını deyəndə bunları nəzərdə tuturduq. Öldürülən şəxs həbsdən çıxdığı 15 gündə Rəşada 37 dəfə zəng edib. Əcəba niyə? Uzun müddət ev-eşiyindən uzaq qalan bir adamın başqa işi-gücü olmayıb? İndi Rəşada yaxşı vəkil lazımdır”, – o bildirib.

Qeyd edək ki, Rəşad Dağlının İsgəndər Mehdiyevi təhqirlərə görə öldürdüyü iddia edilir. Bildirilir ki, R.Dağlının narkotik satanlara qarşı meyxanada sərt sözlər istifadə etməsi İ.Mehdiyevin aqressivliyinə səbəb olub və o, Rəşadı dəfələrlə buna görə təhqir edib.