Rəşad Dağlının həbsinə QƏRAR VERİLDİbackend

Rəşad Dağlının həbsinə QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

NOCOMMENT.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb.

Qərara əsasən, R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinib.