Rəşad Dağlının oğlu xoş xəbəri bölüşdü – VİDEObackend

Rəşad Dağlının oğlu xoş xəbəri bölüşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif izləyiciləri ilə xoş xəbər paylaşıb.

Yenisabah.az xəbər verir ki, o və bacısı Bətül məktəb imtahanlarında ən yaxşı nəticə göstəriblər.

Bu barədə Yusif sosial şəbəkə hesabında danışıb:

“Sizinlə xoş xəbər bölüşmək istəyirəm. Məktəbdə birinci rüb imtahanında 100 baldan 98 bal yığaraq 6-cı siniflər arasında ən yaxşı nəticəni qazanmışam. Bacım Bətül də 3-cü siniflər arasında məktəb birincisi olub. O, 96 bal toplayıb”.

Qeyd edək ki, tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.