Rəşad Əliyevin atadan qalma “Kəpəz” BOKT-u müştərinin başına oyun açır – “5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər”backend

Rəşad Əliyevin atadan qalma “Kəpəz” BOKT-u müştərinin başına oyun açır – “5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşad Əliyevin direktoru olduğu “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC müştərinin başına oyun açır, cibinə girir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 32gun.az-ın redaksiyasına şikayət daxil olub.

Müştəri bildirib ki, mənzilini girov qoymaqla daşınmaz əmlak krediti götürüb. Onun sözlərinə görə, müqavilədə kredit məbləği 33 min manat göstərilsə də, faktiki olaraq 27 min 500 manat verilib. 3 illik borc öhdəliyinə əsasən isə ümumi borc 58 min 890 manat kimi göstərilib.

Şikayətçi bildiri ki, BOKT bu əməliyyatda 5 min manatdan çox “şapka” götürüb.

O əlavə edib ki, bir il ərzində təxminən 14 min manata yaxın vəsait ödəyib, lakin buna baxmayaraq, “KƏPƏZ BOKT” hələ də 28 mindən çox borc qaldığını bildirir.

“Ödənişləri MilliÖn vasitəsilə etmişəm. İki həftədən çoxdur ki, BOKT-a gedib ödənmiş və qalan borc barədə çıxarış istəyirəm. Ərizə yazmışam, hər dəfə deyirlər ki, ‘sabah PDF formasında göndəriləcək’, amma iki həftə keçib, hələ də göndərmirlər. Hər zəngimdə gah ‘şöbə müdiri göndərməyə icazə vermir’, gah da ‘əlaqə saxlayacağıq’ deyirlər,” – deyə müştəri bildirib.

Müştəri həmçinin xəbərdarlıq edib:

“Kəpəz BOKT-a gedərkən araşdırın, çalışdığınız qədər uzaq durun.”

Məsələ ilə bağlı redaksiya olaraq “KƏPƏZ BOKT” ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Qurum əməkdaşları əvvəlcə “müştəri ilə əlaqə saxlanılacaq” desələr də, sonradan nə redaksiyamıza, nə də vətəndaşa cavab verilib.

Mövzu nəzarətimizdədir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bildirək ki, “Kəpəz” BOKT-un qanuni təmsilçisi və direktoru Rəşad Əliyev Əbülfəz oğludur. Şirkətin təsisçisi isə atası  Əbülfəz Əliyev olub, Ə.Əliyev bankla bağlı məlumatlarda həmçinin müşahidə Şurasının üvü kimi qeyd edilib.

Nilay