RƏSMİ AÇIQLAMA: Süveyş kanalında gəmimiz üzmürbackend

RƏSMİ AÇIQLAMA: Süveyş kanalında gəmimiz üzmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süveyş kanalının bağlanmasının Azərbaycanın beynəlxalq sularda üzən gəmilərinə heç bir təsiri olmayıb.

NOCOMMENT xəbər verir ki, bu, report-un sorğusuna cavab olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidmətindən bildirilib.

“Həmin kanalın ərazisində ASCO-ya məxsus gəmilər üzmür. Xarici sulardakı fəaliyyətimiz uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus 11 gəmi Azərbaycanın bayrağı altında üzür. Onlardan 3-ü tanker, 8-i quru yük daşıyan gəmidir”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Aralıq və Qırmızı dənizlərini birləşdirən Süveyş kanalı bir neçə gün bundan əvvəl “Ever Given” yük gəmisinin saya oturması nəticəsində bağlanıb. Ümumi uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti isə 224 min ton olan gəmi Çindən Niderlanda doğru hərəkət edərkən kanalın 151-ci km-liyində saya oturub.