Rəsmi açıqlanmasa da, bütün imtahanların vaxtı sızdırıldı – FOTObackend

Rəsmi açıqlanmasa da, bütün imtahanların vaxtı sızdırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi yayılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, təqvimin yayılması bir sıra müzakirələrə səbəb olub. Ən çox müzakirə olunan isə təqvimin mətbuata necə yol tapması və builki buraxılış imtahanlarının mart və aprel ayında keçirilməsidir.

Təhsil eksperti Kamran Əsədov təqvimin hansısa dövlət qurumu tərəfindən mətbuata sızdırıldığını bildirib: “Çox təəssüflər olsun ki, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi yenə də açıq şəkildə paylaşılıb. Bəli, bu, yaxın günlərdə açıqlanacaqdı. Amma hansısa dövlət qurumu məxfilik qaydalarına əməl etməyərək, bunu paylaşıb”.

Dövlət İmtahan Mərkəzindən saytımıza yayılan qrafiklə əlaqədar açıqlama veriləcəyi bildirilib.