RƏSMİ: Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır – VİDEObackend

RƏSMİ: Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ işğaldan əvvəl təkcə Kəlbəcər rayonunda 34 yeraltı faydalı qazıntı yatağı olub. Bu rayonun ərazisində təsdiq olunan yataqlarda 143 ton qızıl ehtiyatı var.

NOCOMMENT xəbər verir ki, Baku TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcərdə hasil edilən qızıl xarici ölkələrə satılıb.

Kəlbəcər həm də su ehtiyatlarına görə ən zəngin rayonlardan biridir. Ərazisində dünyaca məhşur bir neçə mineral su hövzələri yerləşir ki, bunların da müalicəvi əhəmiyyəti var. Ancaq erməni silahlı birləşmələri işğal müddətində bu su hövzələrinə ciddi ziyan vurublar.

İşğaldan azad olunan ərazilərdəki və Kəlbəcər rayonundakı mövcud ehtiyatlar yenidən öyrəniləcək. Bütün yeraltı, yerüstü sular üzrə vurulan ziyan hesablanacaq. Artıq bununla bağlı yol xəritəsi də hazırlanıb.