Rəsmi Bakı Səudiyyəyə buna görə dəstək oldubackend

Rəsmi Bakı Səudiyyəyə buna görə dəstək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Husi yaraqlılarına qarşı apardığı mübarizdə Səudiyyə Ərəbistanını dəstəkləməsində qeyri-adi bir şey yoxdur. Bizim bütün münaqişələrə yanaşma tərzimiz birmənalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dünyanın istənilən nöqtəsindəki münaqişələrin beynalxalq hüquq və normalar çərçivəsində həllini dəstəkləyirik.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov Azərbaycanın Husi yaraqlılarına qarşı apardığı mübarizədə Səudiyyə Ərəbistanını dəstəkləməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Husi hərəkatı faktiki olaraq Yəmənin qanuni hakimiyyətinə qarşı yönələn silahlı hərəkatdır:

“BMT Yəmənda baş verən proseslərlə bağlı bir neçə qərar qəbul edib. Qeyd olunur ki, Yəməndə silahlı qarşıdurma dərhal dayandırılsın, dialoq başlansın. Digər tərəfdən Yəmənə xarici müdaxilələr, eyni zamanda husilərə silah yardımı sonlandırılsın.

BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələri var. Bu dörd qətnamə ona görə vacibdir ki, beynəlxalq hüquq normaları ilə uzlaşır. Bundan başqa, qanun pozanları hüquqi cəhətdən məhkum edir. Bu mənada Azərbaycan BMT tərəfindən qəbul edilən qətnamələri, qərarları tanımayan heç bir qüvvə və ya ölkəni dəstəkləmir. Azərbaycanın mövqeyi açıq və aydındır.

Bu gün Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında çox sıx bir dialoq, eyni zamanda çoxtərəfli münasibətlər var. Bəzi müsəlman ölkələrinin əksinə, rəsmi Riyad hər zaman Azərbaycanın yanında olub”. Axar.az