Rəsmi İrəvan: ATƏT-in Minsk qrupu buraxıla bilərbackend

Rəsmi İrəvan: ATƏT-in Minsk qrupu buraxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq danışıqlar formatı olan ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək. Sülh sazişindən sonra bu məsələ də həll olunacaq”, – o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, rəsmi Bakı İrəvana təklif edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.