Rəsmi xəbərlər davamlı verilməlidirbackend

Rəsmi xəbərlər davamlı verilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki həssas məqamı nəzərə alan Müdafiə Nazirliyi məlumatların operativ şəkildə verilməsini təmin etməlidir. Çünki biz rəsmi informasiyalara istinad ediriksə, rəsmi xəbərlər mütləq davamlı olaraq verilməlidir”.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a açıqlamasında media eksperti, teletənqidçi Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli bildirib ki, əks təqdirdə şayiələrin qarşısını almaq mümkün olmayacaq: “Bir məlumat verib ondan sonra arada 6-7 saat fasilə vermək olmaz. Hadisə yeri ilə bağlı videoçəkilişlər, əsgərlərin əhval-ruhiyyəsi ilə bağlı məlumatlar olmalıdır. İtkilər açıqlanmalıdır. Bu cür məlumatlar vacib deyil ki, dərhal döyüş vəziyyətini əks etdirsin. Ona görə bu məlumatların davamlı və ardıcıl mediya verilməsi təmin olunmalıdır. Çünki belə vəziyyətlərdə şayə həvəskarları, yalan məlumat yayanların, manipulyasiya eləmək istəyənlərin sayı çoxalır. Onların qarşısının alınmasının ən yaxşı yolu budur”.

Ekspert qeyd edib ki, media özü də müəyyən təşəbbüslər irəli sürməlidir: “Hadisə yerindən məlumatların verilməsinə nail olmalıdır. Ayrı-ayrı hərbi mütəxəssislərin, ekspertlərin hadisə yeri ilə bağlı olan iştirakçıların, əlbəttə ki, səlahiyyətli şəxslərin, informasiya daşıyıcılarının məlumatlarını verməlidir ki, ortada böyük boşluq yaranmasın və o boşluq şayələrin hesabına dolmasın. Mətbuat da öz məsuliyyətini dərk etməlidir. Sosial şəbəkələrdə yalan məlumatlar yayanlar daha çox öz məsuliyyətlərini anlamalıdırlar.

Belə həssas vəziyyətdə şayiə yayan, bilərəkdən yalanları tirajlayan insanlar daha çox məsuliyyət daşıyır və bunun üçün müəyyən cavabdehlik var. Media şayiələrin yayılmasının qarşısını almağa kömək eləməlidir”.