Respublika Psixiatriya Xəstəxanasında ölümbackend

Respublika Psixiatriya Xəstəxanasında ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 63 yaşlı kişi vəfat edib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü İlham Xasıyev bir müddətdir ki, xəstəxanada müalicə alırmış.

Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, ilkin ehtimallara görə, vətəndaş kəskin ürək-damar çatışmazlığından vəfat edib.

“Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə-tibbi ekspertizasının rəyi hazır olduqdan sonra, yəqin ki, istintaq orqanı bu barədə məlumat verəcək”.