Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üçün tələb olunan mulyajlar və müxtəlif növ avadanlıqların satınalınması üzrə tenderin qalibi müəyyənləşib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “SUPPLİMED” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 199.602,9 AZN təşkil edir və yaxın vaxtlarda müqavilə bağlanacağı gözlənilir.
Satınalınacaq avadanlıqlar təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması və praktiki təlimlərin daha effektiv həyata keçirilməsi məqsədi daşıyır.