Restoranda alovlu yemək təqdimatı fəlakətə çevrildi: 2 ölü, 10 yaralıbackend

Restoranda alovlu yemək təqdimatı fəlakətə çevrildi: 2 ölü, 10 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtı Madriddə bir restoranda ofisiant alovlu yemək təqdim etmək istəyərkən divar və tavandakı bitkilərin yanması nəticəsində baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə bir italyan restoranı dünən axşam saatlarında fəlakətin şahidi olub. Restoranda ofisiantlar “flambeing” kimi tanınan fransız texnikasını təqdim edərkən tavanı və divarı bəzəyən bitkilərin alışması nəticəsində yanğın baş verib.

Əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib. Səlahiyyətlilərin verdiyi açıqlamada yanğında 2 nəfərin öldüyü, 6-sı ağır olmaqla 10 nəfərin yaralandığı bildirilib.