Restoranda baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıbbackend

Restoranda baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtı Madridin mərkəzindəki italyan restoranında gecə yarısı baş verən yanğında 2 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

NOCOMMENT xəbər verir ki, Madrid Bələdiyyəsi və Madrid Təcili Yardım təşkilatlarının yerli polisi tərəfindən verilən məlumatda, biri müştəri, digəri restoran işçisi olan iki nəfərin binada baş verən yanğında həyatını itirdiyi açıqlanıb.

Yanğın zamanı xəsarət alan 10 nəfərdən 6-nın müalicəsinin davam etdiyi qeyd edilib.

Bildirilib ki, yanğınsöndürmə məntəqəsi çox yaxın olduğundan hadisəyə qruplar operativ müdaxilə edib və tam dolu olan restorandan qaçmağa çalışan müştərilər, yanğın səbəbi ilə şüşələri sındıraraq özlərini çölə atmağa çalışıblar.