Xətai rayonu, Şıxlinski küçəsində yerləşən restoranlardan biri səkiyə qədər olan ərazini zəbt edib.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin lentə aldığı kadrlardan görünür ki, bu vəziyyət piyadaların hərəkətinə ciddi maneə yaradır.
Vətəndaşlar məcbur qalaraq avtomobil yolundan istifadə edirlər ki, bu da təhlükəsizlik riskini artırır.
Aidiyyəti qurumlardan məsələyə müdaxilə olunması tələb edilir.













