Rəsul Quliyev: Allahşükür Paşazadə dərhal dəyişdirilməlidirbackend

Rəsul Quliyev: Allahşükür Paşazadə dərhal dəyişdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycandakı dini sahəyə rəhbərlik edənlərin 90 faizi dəyişdirilməlidir”.

NOCOMMENT xəbər verir ki, bunu Laf TV-yə müsahibəsində Azərbaycan parlamentinin eks–spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, QMİ sədri Allahşükür Paşazadənin də dərhal dəyişdirilməsinə ehtiyac var:

“Allahşükür Paşazadə bu rütbəyə təsadüfən gəlib çıxmış adamdır. Özü də İranpərəstdir. İranpərəst olması o tərəfə, İran şiəliyinə tabe olan bir şəxsdir. Elə bil ki, Xomnei bunun dini rəhbəridir.

Ona görə də, əlbəttə ki, Şeyx də dəyişdirilməlidir. Ora normal, müasir dini təhsil almış, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İordaniyada təhsil görmüş azərbaycanlı alim dini rəhbərliyə gətirilməlidir ki, dini qurumları da İranın həmin o dini kəşfiyyatından təmizləsin”.