Rəsul Quliyevdən Putinlə bağlı açıqlama: “Ehtiyatlı olmaq lazımdır”backend

Rəsul Quliyevdən Putinlə bağlı açıqlama: “Ehtiyatlı olmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin Kremlin səhifəsində yazdığı son məqalə bu insanın hüdudsuz deqradasiyasını göstərir. Adam Rusiya Ukrayna münasibətlərini əsas götürsə də, Sovet İttifaqının dağılmasında buraxılmış səhvlərdən danışır. Sovet İttifaqı dağılmsaydı, bu şəxs elə “podpolkovnik” rütbəsində də pensiyaya göndəriləcəkdi, nəinki Kreml, heç Smolnını belə görə bilməzdi. Əgər Putin Sovet İttifaqının başında dayansaydı heç vaxt heç bir ölkə müstəqillik ala bilməzdi. Nə qədər bu təhlükəli adam var, bir o qədər də dünya təhlükə içərisindədir”.

NOCOMMENT.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, bu elə bir tipdir ki, Azərbaycana icazə verilməmiş ballastik raketləri atmağa rəvac verdiyi kimi, atom bombası atmağa icazə verər: “Bu insan Avropa ölkələri arasında ac yalavac, miskin yaşayan Rusiyanı az qala dünyanın bir nömrəli ölkəsi kimi təqdim edir. Primitiv hərbi silahlarını dünyada analoqu olmayan silahlar kimi təqdim edir. Rusiyanın qonşuları istənilən vaxt aqressiyaya fərman verə biləcək Putinin qarşısını almaq üçün birləşməlidir. Bu tip insanların paranoikliyi yaşları artdıqca proqres edir. Ehtiyatlı olmaq lazımdır”.