Rəsul Quliyevə ağır itkibackend

Rəsul Quliyevə ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq sədri Rəsul Quliyevə ağır itki üz verib.

NOCOMMENT.az news24.az-a istinadla xəbər verir ki, bu barədə siyasətçinin özü məlumat verib.

Qeyd edək ki, sabiq sədrin bacısı oğlu vəfat edib.

R. Quliyev onunla bağlı xatirələrini sosial şəbəkə hesabında paylaşıb.

“Mənə bacımoğlu Baxşəlinin vəfat etdiyi xəbəri çatdı. Mən feysbukda bu barədə yazmalıydım. Çünki biz 2 il bizim kənddə orta məktəb olmadan, bizdən 12 km aralı başqa kənddə oxuyurduq və yataqxanada bir otaqda qalırdıq. Onunla iki il pendir çörək və çaşır adlı bir dağ bitkisinin turşusunu yeyib yaşamışıq. O, məndən 3 yaş balaca idi. Çox çalışqan bir insan idi. Uşaqları da çox fərasətli çıxdı. Allah rəhmət etsin”, – deyə paylaşımında qeyd edib.