Reuters: ABŞ HTŞ-yə Suriyada bütün hakimiyyəti ələ keçirməməyi tövsiyə edibbackend

Reuters: ABŞ HTŞ-yə Suriyada bütün hakimiyyəti ələ keçirməməyi tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton administrasiyası “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupuna Suriyada inklüziv hökumətin formalaşmasına dəstək verməyi və ölkədəki bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika rəsmilərinin mənbələrinə istinadən Reuters agentliyi məlumat yayıb.

ABŞ rəsmilərinin sözlərinə görə, Bayden administrasiyası “Suriya prezidenti Bəşər Əsədin devrilməsində böyük rol oynamış HTŞ-ni avtomatik olaraq ölkə rəhbərliyini ələ almağa deyil, bunun əvəzinə keçid hökumətinin formalaşması üçün əhatəli bir prosesə başlamağa çağırıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası son günlər Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri, eləcə də Türkiyə ilə koordinasiyalı şəkildə HTŞ ilə əlaqələri davam etdirməyə başlayıb. Mənbələr Amerika tərəfinin qrupa birbaşa, yoxsa vasitəçilər vasitəsilə mesajlar göndərdiyini aydınlaşdırmaqdan imtina ediblər.

Agentliyin məlumatına görə, hazırkı administrasiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini bu təmaslar barədə xəbərdar edir. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.