Amerika administrasiyası tərəfindən Ukraynaya 988 milyon dollar məbləğində yeni hərbi yardım paketi hazırlanır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Reuters”in sənədə istinadən verdiyi məlumata görə, bura hərbi texnika ilə yanaşı, bir sıra avadanlıqlar da daxil olacaq.
Bundan əvvəl The Guardian yazıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yanvarın ortalarına qədər Kiyevi yeni silahlarla təmin edəcəyinə söz verib.